“Sabah” basketbol klubu Azərbaycanın U-18 millisinin üzvü Hüseyn Qaflanovu heyətinə qatıb.
Bakues.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onunla 2+1 illik müqavilə imzalayıb.
Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən NBA school da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O eyni zamanda bir il müddətində ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.