RU

Bu ölkədə güclü zəlzələ oldu

Myanmanın cənubunda yerləşən Yanqon şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Tailandın Meteorologiya Departamenti yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Andaman dənizində, təxminən 10 kilometr dərinlikdə yerləşib.

Neypido şəhəri ətrafında da daha zəif təkanlar hiss edilib. Hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib.

Asya
Milli.Az 

Избранный
17
milli.az

1Источники