RU

Məlahət İbrahimqızı: “Dövlət Departamentinin gələcəkdə obyektiv olacağını gözləyirik”

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Prezident İlham Əliyevin ABŞ-a səfəri və bu səfər zamanı adıçəkilən ölkənin lideri Donald trampın ölkə başçımız haqqında yüksək fikirləri böyük marağa səbəb oldu.

Amma bu səfərin ardından 2 gün sonra ABŞ Dövlət Departamenti Azərbaycanda  insan haqlarının durumunun tənqid olunduğu hesabat yaydı.

Milli Məclisin üzvü Məlahət İbrahimqızı Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

İlham Əliyevin ABŞ-a səfərininin  çox yüksək səviyyəli keçdiyini deyən deputatın sözlərinə görə, müzakirələrdə iikitərəfli, həm də üçtərəfli formatda görüşlər olub:

“Səfər çərçivəsində çox yüksək səviyyədə görüşlər olub, sənədlər imzalanıb.  907-ci maddəyə əlavə düzəlişin ləğv olunması Azərbaycan üçün böyük uğurdur. İkincisi, Azərbaycan-Amerika arasında olan strateji tərəfdaşlıq xartiyasının yaranması xüsusi qeyd edilməlidir.  Bundan əlavə bilirsiniz ki, ABŞ-a səfər çərçivəsində SOCAR dünyanın ən məşhur neft kompaniyası olan Exxonmobile arasında da müqavilə imzalanıb. Prezidentimizin ABŞ-dəki səfəri çərçivəsində bir çox çox önəmli sənədlər qəbul olunub. Bu səfər  Azərbaycan müstəqillik qazandıqdan sonra gerçəkləşdirilən ən yüksək səfər hesab olunur”.

Dövlət Departamentinin hesabatına gəlincə, Məlahət İbrahimqızı deyir ki, bu hesabat Bayden hakimiyyəti dövründə yazılıb:

“İstər Obamanın, istərsə də  Baydenin dövründə  Azərbaycana qarşı çox qərəzli, ermənipərəst mövqe göstərilmişdir. Möhtərəm prezidentimiz bunu öz çıxışında da demişdir. Bir daha qeyd etmək istəyirəm ki, bu tarixdə Azərbaycanın 1991-ci ilindən bu yana və eləcə də, Amerika ilə münasibətlərinin ən yüksək səviyyədə olan bir səfərdir və səfər çərçivəsində qəbul olunan ən ali sənəddir. Bilirsiniz,  əslində Amerika üçün Azərbaycan çox önəmlidir. Hələ ilk dəfə ABŞ-nin 2001-ci il 11 sentyabr hadisələrindən sonra yaradılan antiterror koalisiyasına Azərbaycan ilk təşəbbüsə qoşulan ölkələrdən oldu. O vaxt ulu öndər Heydər Əliyev rəhbərliyi dövrü idi. Möhtərəm rəhmətlik prezidentimiz antiterror koalisiyasına ilk cavab verən və ona qoşulan ölkələrdən biri idi. Azərbaycan Amerika ilə çox gözəl enerji sahəsində əlaqələri var idi. Eyni zamanda ABŞ-nin Əfqanıstanda olduğu dövrdə Azərbaycanın Amerika ilə münasibətlərində çox ciddi uğurlar var idi, əməkdaşlıq var idi. Amma bir daha qeyd etmək istəyirəm ki, istər Obamanın dövründə, istər Baydenin dövründə bu münasibətlərə böyük zərbə vurulmuşdur. 

Bizə qarşı tənqidlər, ittihamlar isə təccüblü deyil. Dünyanın ən güclü erməni lobbisi məhz Amerikada olub.

İstər Senatda, istərsə də Dövlət Departamentində, başqa ayrı-ayrı təşkilatlarda Amerikada yerləşən erməni beynəlxalq təşkilatları da öz ciddi təsirini göstərə bilirdi və daima demək olar ki, onların Azərbaycana qarşı çox qərəzli, düşmən qeyri-obyektiv, ədalətsiz mövqe göstərirdi. İnsan haqlarını əllərində bayraq etməklə,  Azərbaycanın Qarabağ məsələsində diqqətini yayındırmaq istəyirdilər.

Mən ümid edirəm ki, ABŞ Dövlət Departamenti nəhayət ki, obyektiv olacaq və hesabatları reallıqları əks etdirəcək. 

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
58
icma.az

1Источники