RU

Kremldə anlamırlar ki, artıq Azərbaycanla belə dildə danışmaq olmaz” -Politoloq

Son bir ay ərzində Rusiyada yaşayan azərbaycanlı iş adamlarına qarşı hücumların artması, bu hərəkətlərin birbaşa Kremldən idarə edildiyini göstərir.

Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Kremlin hazırladığı bu hücum taktikası yeni deyil və əvvəllər də oxşar üsullardan istifadə olunub.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Arzuman Muradlı qeyd edib ki, “Hər zaman Rusiya ilə Azərbaycan arasındakı münasibətlər gərginləşdikdə, bu cür təxribatlardan istifadə olunur. İstər kənd təsərrüfatı məhsullarının qarşısının alınması, istərsə də Rusiya mediasında yayılan dezinformasiyalar – bütün bunlar birbaşa Kremldən idarə edilir.”

Politoloq hesab edir ki, Rusiya heç vaxt Azərbaycana dost ölkə ola bilməz.

“Bunun müxtəlif səbəbləri var. Rusiyada hələ də imperiya düşüncəsindən uzaqlaşa bilməyiblər. Bu yalnız Azərbaycana aid bir məsələ deyil, Rusiya postsovet respublikalarının hər biri ilə bu cür siyasət aparır. Amma Kremldə anlamırlar ki, artıq qonşu ölkələrlə belə bir dil danışmaq olmaz,” – deyə Arzuman Muradlı vurğulayıb.

Избранный
25
moderator.az

1Источники