RU

"Milan" "Bayer"in hücumçusunu transfer etmək istəyir

"Bayer"in hücumçusu Viktor Bonifeys "Milan"a keçməyə yaxındır.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 24 yaşlı nigeriyalı "Milan" klubuna keçidi razılaşdırmaq üçün bu gün İtaliyaya gedəcək. "Milan"ın Bonifeysi 25-27 milyon avroya satın almaq opsiyonu ilə 5 milyon avroya icarəyə götürəcəyi bildirilir.

Bonifeysin 2028-ci ilə qədər hazırkı müqaviləsi var.

"Transfermarkt" portalı oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir.

2024/25 mövsümündə forvard bütün turnirlərdə 27 matçda meydana çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

Избранный
22
1
operativmedia.az

3Источники