RU

“Ermənistan-Azərbaycan sərhədində biznes mühiti sadələşdiriləcək” – Paşinyan


“Hökumət sərhəd məntəqələrində, o cümlədən Ermənistan-Azərbaycan sərhədində ixrac, idxal və tranzit prosedurlarını sadələşdirmək niyyətindədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Paşinyanın sözlərinə görə, bu addım sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. O qeyd edib ki, yaxın illərdə bir çox ölkələrdə olduğu kimi Ermənistanda da ənənəvi gömrük və sərhəd nəzarəti üsulları rəqəmsal texnologiyaların inkişafı ilə əvəz olunacaq.
Baş nazir vurğulayıb ki, Vaşinqton Bəyannaməsində Ermənistan və Azərbaycan arasında razılaşdırılmış beş prinsip – ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq – aydın şəkildə təsbit olunub.
“Biz məhz bu prinsiplər çərçivəsində hərəkət edə bilərik. Həmçinin “Dünyanın kəsişməsi” layihəsini təqdim edərkən də bu prinsiplərə uyğun tənzimləmələrin sadələşdirilməsindən danışmışıq”, – Paşinyan əlavə edib.
O, həmçinin vurğulayıb ki, biometrik pasportların tətbiqi və yeni rəqəmsal prosedurlar sayəsində Ermənistan da inkişaf etmiş ölkələrin təcrübəsini izləyəcək.

Elnur Əli
Избранный
5
2
yeniavaz.com

3Источники