RU

Nə üçün uşaqlarla valideynlərin fikri üst-üstə düşmür?

"Son illərdə bəzi övladların fikirləri valideynləri ilə üst-üstə düşmür. Bu, bir çox insanın şikayət etdiyi məsələlərdən biridir". 

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, əslində bu halın yaşanması da normaldır:

"Çünki hər yaş kateqoriyası və yaşadıqları dövrlər bir-birindən fərqlənir. Valideynlərin də övladları ilə baxış bucaqlarının eyni olmaması və arada münaqişələrin, qarşıdurmaların yaşanması qaçılmazdır. Gündən-günə inkişafa doğru getdiyimiz üçün fikirlər eyniləşmir. Burdan da təbii ki, hazırda valideyin və övlad arasında dostluq,  anlayış, dinləmə, daha çox zaman keçirtmə və s. halları görürük".

380210

Lakin ekspert qeyd edib ki, daha öncəki zamanlarda bunları əksər valideynlərindən görə bilmədikləri üçün bu duyğu və davranışla tanış deyillər:

"Diqqət etsək görərik ki, bu hal gənc nəsil ailələrində qorunur. Onlar, daha çox uşaqları ilə zaman keçirirlər. Amma bu, yenə də hər ailəyə aid deyil. Bu zənciri qırmağı bacaran gənclər sağlam və doğru münasibət qura biləcəklər. Düzdür, bu cür ailələrdə də valideyn və uşaq arasında münaqişələr olur. Çünki uşaqlara nə qədər rahatlıq veriləcəksə, düşüncə və baxış bucaqları da o qədər geniş olacaq". 

Psixoloqun sözlərinə görə, uşaqlara azad ruh, azad düşüncə, azad duyğu icazəsini verilsə, bir o qədər də inkişaf edəcəklər:

"Beləliklə, hazırkı "mənimiz" yetişdirdiyimiz "mənlə" çarpışmada olur. Əslində, valideynlər övladlarını özləri kimi yetişdirirlər. Amma uşaqlarının onlardan fərqli olması isə özlərinin zamanında olmaq istədikləri "mən"ləridir. Ona görə də ən azından valideynlər övladları ilə münaqişəyə girməməlidirlər. Ata-anlar övladları ilə məsələni münaqişə etmədən də həll və izah edə bilərlər". 

Aydan Məmmədova diqqətə çatdırıb ki, valideynlər uşaqlarına razılaşmadıqları məsələləri də aydınlaşdıraraq həll edə biləcəklərini öyrətməlidirlər:
"Lakin hansısa münaqişə yaşanan zaman uşaqlara özlərini ifadə etmələri üçün imkan verilməlidir. Bu, onları daha da inkişaf etdirir. Beləliklə, daha sağlam şəxsiyyət formalaşır. 

Valideynlər cəmiyyət üçün şəxsiyyət yetişdirdiklərini unutmamalıdırlar. Üstəlik, hər zaman övladlarının yanlarında olmayacaqlarını da nəzərə almalıdırlar. Bu səbəbdən uşaqlara azadlığı doğru şəkildə öyrətmək onların sağlam psixologiyaya sahib olmasında mühüm rol oynayır".

Pərviz

Избранный
21
50
hit.az

10Источники