RU

Rəqsanənin əri də həbs edilə bilər? — Vəkildən açıqlama

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində başlanmış cinayət işi ilə əlaqədar həyat yoldaşı Fazil Əmiraslanovun da adı istintaqda çəkilir.

Vəkil Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, ailə üzvləri bir-birinə qarşı ifadə verməyə məcbur edilə bilməzlər:

"Bu, Konstitusiyanın və Cinayət Prosessual Məcəlləsinin əsas prinsiplərindən biridir. Deməli, Fazil Əmiraslanovun verdiyi hər bir ifadə yalnız onun şəxsi iradəsi ilə hüquqi qüvvəyə malik ola bilər. Hüquqi nəzəriyyəyə əsasən, cinayətə yalnız birbaşa icraçı deyil, həm də təşkilatçı, təhrikçi və köməkçi məsuliyyət daşıyır (CM-nin 32-ci maddəsi). 

Əgər istintaq Fazil Əmiraslanovun özgənin əmlakını ələ keçirməyə yönəlmiş hərəkətlərdə birbaşa və ya dolayı iştirakını sübuta yetirsə, bu halda o da CM-nin 178.4-cü maddəsi – ‘xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq’ ittihamı ilə məsuliyyətə cəlb edilə bilər”.

Vəkil əlavə edib ki, həmin maddə alternativ sanksiya nəzərdə tutmur və yalnız 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edir:

Избранный
16
demokrat.az

1Источники