RU

Alimlər bal arılarını xilas edə biləcək “superfood” hazırlayıblar

Ajans.az BBC-ə istinadən xəbər verir ki,bu texnologiya arıların yaşaması üçün lazım olan bütün qida maddələrini təmin edir, yəni polen olmadıqda belə arıları qidalandırmaq mümkündür. Bal arıları dünya üzrə əsas bitkilərin 70%-nin tozlanmasında mühüm rol oynayır. Son illərdə ABŞ və Böyük Britaniyada arı koloniyaları ciddi itkilərlə üzləşib, bəzən qışda koloniyaların 40-75%-i yoxa çıxıb. Yeni “superfood” sterollar, zülallar, yağlar və mikroelementlərdən ibarətdir. Laboratoriya şəraitində hazırlanmış əlavə arıların sağlamlığını yaxşılaşdırır, xəstəliklərə qarşı dayanıqlılığını artırır və qida çatışmazlığı yaşanan illərdə koloniyaların sağ qalmasına kömək edir. Professor Wright əlavə edib ki, qidanın bal arılarının sağlamlığına uzunmüddətli təsirlərini qiymətləndirmək üçün daha genişmiqyaslı sınaqlar planlaşdırılır, lakin yaxın iki il ərzində əlavə arıçılar və fermerlər üçün əlçatan ola bilər.

 

Избранный
13
Ajans.az

1Источники