RU

“Qarınqulu ayı balası”nın Birobican şəhərində premyerası olub

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Yəhudi Muxtar Vilayətinin paytaxtı Birobican şəhərinin 44 saylı uşaq bağçasında böyük loqopedik qrup üzvləri azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırladıqları eyniadlı tamaşanın premyerasını təqdim ediblər.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, tərbiyəçi-müəllimə Kseniya Paramonova səhnə əsərinin mətnini loqopedik qrup uşaqlarının imkanlarına uyğunlaşdıraraq əsəri nitq problemi olan uşaqlar üçün adaptasiya edib.

Tamaşada uşaqlar həm yaradıcı bacarıqlarını nümayiş etdiriblər, həm də nitq inkişafı baxımından mühüm praktiki təcrübə qazanıblar.Layihə həm pedaqoji, həm də mədəni baxımdan böyük maraq doğurub.

Qeyd edək ki, tamaşanı izləyən valideynlər və müəllimlər layihəni yüksək qiymətləndirərək belə mədəni-pedaqoji təşəbbüslərin loqopedik qrup uşaqlarının özünəinamının, ünsiyyət qabiliyyətlərinin və yaradıcılıq potensiallarının artmasında və onların cəmiyyətə daha fəal inteqrasiyasında mühüm rol oynadığını bildiriblər.

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş "Qala adam" işıq üzü görüb

600 illik nadir tapıntı aşkarlandı

"Kamil insan cümlə -aləmin sirrinə vaqif olacaq..." - Milli kinomuzun "Nəsimi"si

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
kulis.az

1Источники