RU

Rusiyada yeni RPL-7 yüngül pulemyotu qoşun sınaqlarına göndərilir

Rusiyanın “Kalaşnikov” konserni yeni 7.62 mm-lik RPL-7 yüngül pulemyotunu qoşun sınaqları üçün göndərir.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, konsernin konstruktorları bu silahı sifarişçinin tələblərinə uyğun olaraq qısa müddətdə hazırlayıb.

RPL-7, 5.45 mm-lik RPL-20 yüngül pulemyotunun konstruksiyası əsasında yaradılıb və Rusiyanın hücum bölmələri üçün nəzərdə tutulub. Mövcud tendensiyalar nəzərə alınmaqla hazırlanan bu yüngül pulemyot, hərbçilərin yalnız müsbət qiymətləndirdiyi istismar və döyüş xüsusiyyətlərini qoruyub saxlayır.

Yeni pulemyotun əsas üstünlükləri yığcamlıq, aşağı çəki, müasir nişangah avadanlıqlarının və digər qurğuların quraşdırılmasına imkan verən uzun vahid “Pikatini” relsidir. Lüləsinin uzunluğu 415 mm olan yüngül pulemyotun uzunluğu 950 mm-dən çox deyil. O, 80 patronlu lentlə təchiz olunub və boş vəziyyətdə kütləsi 5.5 kq təşkil edir. RPL-7, 7.62×39 mm-lik patronlardan istifadə edir ki, bu da onun ixrac potensialını əhəmiyyətli dərəcədə artırır.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

RPL

photo

Избранный
28
poliqon.az

1Источники