"Bakıda mənzil bazarında ümumi ucuzlaşma yoxdur. Qiymətlərdə yalnız qısamüddətli azalmalar müşahidə olunur".
Bunu açıqlamasında əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib.
Onun sözlərinə görə, Xətai rayonunda müəyyən dövrdə ilkin bazarda 11 faiz azalma baş verib:
"Lakin həmin azalma qısa müddətli olub və sonradan qiymətlər yenidən artıb. Digər rayonlarda da oxşar vəziyyət olub – yəni azalmalar müvəqqəti xarakter daşıyıb. Belə demək mümkünsə, yay fəsli ilə əlaqədar bir qədər alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün azalmaq qeydə alınıb, amma yenə qeyd edim ki, sonradan bu azalma özünü bərpa edib.
Bazarın ümumi tendensiyası isə davamlı bahalaşmadır. 2024–2025-ci illərin statistikası da göstərir ki, ümumi qiymətlərin enməsi baş verməyib. Əksinə, bazarda ardıcıl olaraq 10–20 faiz arasında bahalaşmalar müşahidə olunub və ucuzlaşma gözlənilmir".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта