Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.
Editor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsi məlumat yayıb.
Danışıq Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Görüş zamanı tərəflər regional və beynəlxalq gündəlikdə aktual olan geniş mövzuları müzakirə ediblər. Xüsusilə, Türkiyə–Fransa ikitərəfli münasibətləri, Rusiya–Ukrayna münaqişəsinin sülh yolu ilə həlli prosesi və Qəzza sektorundakı cari vəziyyət diqqət mərkəzində olub.
//Samir Qurbanov, Editor.az