Bakı, 21 avqust, AZƏRTAC
Hazırda "Aztelekom" MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur.
AZƏRTAC xəbər verir ki, bu barədə "Aztelekom" MMC-dən bildirilib.
“Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq, bu gün bir sıra sosial şəbəkələrdə səhifələrdə ölkədə internet təchizatı ilə bağlı problemlərin olması barədə məlumatlar yayılıb.