RU

Hazırda “Aztelekom”un şəbəkəsində nasazlıq və yaxud kəsintilər müşahidə olunmur - Açıqlama

Bakı, 21 avqust, AZƏRTAC

Hazırda "Aztelekom" MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur.

AZƏRTAC xəbər verir ki, bu barədə "Aztelekom" MMC-dən bildirilib.

“Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq, bu gün bir sıra sosial şəbəkələrdə səhifələrdə ölkədə internet təchizatı ilə bağlı problemlərin olması barədə məlumatlar yayılıb.

Избранный
30
14
azertag.az

10Источники