Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kamçatka diyarı sahillərində altı bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka filialının "Telegram" kanalı məlumat verib.
Alınan məlumatlara görə, zəlzələnin ocağı Sakit okeanda, 46 km dərinlikdə yerləşib. Petropavlovsk-Kamçatska qədər olan məsafə 205 km təşkil edib.
Məlumata görə, zəlzələ son 24 saatın ən güclüsü olub.
Son 24 saat ərzində 19 dəfə 4-5.6 bal gücündə zəlzələlər qeydə alınıb, onların tezliyi getdikcə azalır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.