RU

Viktor Nelsson və Derrik Kön “Qalatasaray”ı tərk etdilər

Türkiyə çempionu “Qalatasaray” iki futbolçusu – mərkəz müdafiəçisi Viktor Nelsson və sol cinah müdafiəçisi Derrik Könlə yollarını ayırıb.

Arena.az bu barədə İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Derrik Kön Almaniyanın “Union Berlin” klubuna transfer edilib. Bundesliqa təmsilçisi bu keçidə görə Türkiyə nəhənginə 4 milyon avro ödəyib. 26 yaşlı almaniyalı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Kön Almaniyanın “Hamburq” klubunun yetirməsidir. O, peşəkar karyerasına başlayana qədər “Bayern”, “Villem” kimi klubların gənclərdən ibarət komandalarında da oynayıb. 2022-ci ildən “Qalatasaray”a keçənə qədər “Hannover”də çıxış etmiş müdafiəçi bu komandanın heyətində 56 oyuna çıxıb, 8 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

“Qalatasaray” Könü 2024-cü ildə 3,35 milyon avro müqabilində transfer etmişdi. O, İstanbul nəhənginin heyətində 19 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Derrik ötən mövsümü Almaniyanın “Verder” klubunda icarədə keçirib – 30 oyun, 2 qol, 2 assist.

Əslən Qanadan olan Kön Almaniyanın U-19 yığmasında 1 oyun keçirsə də, sonradan onun xidmətinə ehtiyac duyulmayıb.

“Qalatasaray”ın danimarkalı müdafiəçisi Viktor Nelsson isə İtaliyanın “Verona” klubuna icarəyə verilib. A Seriyası təmsilçisi bir mövsümlük icarəsi üçün 650 min avro ödədiyi Viktorun transfer hüquqlarını da almaq imkanına malikdir.

Futbol ölkəsinin “Nordsyelland” komandasının akademiyasında başlanış Nelsson 2016-cı ildə yüksəldiyi əsas komandada 98 rəsmi matça çıxıb. 2019-cu ildə göstərdiyi performansla “Kopenhagen”ə transfer edilmiş mərkəz müdafiəçisi orada da 87 matçda iştirak edib.

2021-ci ilin avqustunda 7 milyon avro qarşılığında “Qalatasaray”a gəlmiş Nelsson İstanbul təmsilçisinin önəmli oyunçularından birinə çevrilib. O, “sarı-qırmızılı” forma altında meydana çıxdığı 144 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Nelsson ötən mövsümü də İtaliyanın digər klubu “Roma”da icarədə keçirib və cəmi 5 oyunda iştirak şansı qazanıb.

Избранный
46
arena.az

1Источники