RU

Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

Operativ Media xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.

Qeyd edək ki, avqustun 20-də Günay Qurbanova (59 kiloqram) bürünc medal qazanıb.

Избранный
40
2
operativmedia.az

10Источники