RU

KİV: Putin Ukraynadan Donbasdan, NATO-dan və Qərb qoşunlarından imtina etməyi tələb edib

Rusiya prezidenti Vladimir Putin Ukraynadan Donbası tərk etməyi, NATO-ya üzv olmaq ambisiyalarından əl çəkməyi, neytrallığı qorumağı və Qərb qoşunlarının ölkəyə buraxılmamasını tələb edib.

APA xəbər verir ki, bu barədə “Reuters“ Kremldəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bütün qapalı 3 saatlıq görüşdə ABŞ prezidenti Donald Tramp Putinlə Ukrayna ilə bağlı mümkün kompromisləri müzakirə edib.

Agentlik qeyd edir ki, Ukrayna hökuməti bu şərtləri rədd edərək, onları kapitulyasiyaya bərabər tutur.

Mənbələr əlavə edib ki, yeni təklifdə Putin Ukrayna Silahlı Qüvvələrinin Donbasda nəzarət etdikləri ərazilərdən tamamilə çıxarılması ilə bağlı köhnə tələbinə sadiqdir. Bunun müqabilində Moskva Zaporojya və Xerson vilayətlərində mövcud cəbhə xəttini dayandıracaq.

Mənbələrin məlumatına görə, Moskva mümkün sövdələşmə çərçivəsində Ukraynanın Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərinin işğal olunmuş hissələrini də təhvil verməyə hazırdır.

Избранный
36
8
demokrat.az

9Источники