RU

Qadın futbolu tarixinin ən bahalı transferi gerçəkləşib

Meksikanın qadınlardan ibarət millisinin futbolçusu Lizbet Ovalle ölkəsinin "Tiqres" klubundan rekord məbləğə Amerikanın "Orlando Pride" klubuna transfer olunub.

"Report" "BBC"-yə istinadən xəbər verir ki, keçidin məbləği 1,5 milyon dollar təşkil edib və bu, qadın futbolu tarixində ən bahalı transfer olub.

Əvvəlki rekord iyul ayında kanadalı Oliviya Smitin “Liverpul”dan “Arsenal” (hər ikisi İngiltərə) klubuna 1,3 milyon dollara keçməsi ilə qeydə alınıb.

Избранный
34
3
report.az

9Источники