RU

Netanyahu ordunun Qəzza üzərində nəzarət planını təsdiqləyib - Yenilənib

İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Qəzza şəhəri üzərində nəzarət və HƏMAS radikal hərəkatının məğlubiyyəti ilə bağlı planlarını təsdiqləyib...

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisinin müşaviri Dmitri Gendelman bildirib.

Gendelman qeyd edib ki, Qəzza zolağında radikallar tərəfindən saxlanılan bütün girovların azad edilməsi ilə bağlı danışıqların bərpası üçün İsrail nümayəndə heyətinin Qətərə və ya Misirə göndərilməsi qərarı nəzərdən keçirilir.

***

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhəri üzərində nəzarəti bərqərar etmək və HƏMAS-a son zərbəni vurmaqla bağlı İsrail ordusunun planlarını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə İsrailin baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

“Netanyahu İsrail ordusunun Qəzza şəhəri üzərində nəzarətin qurulması və HƏMAS terror təşkilatının son məğlubiyyəti ilə bağlı planlarını təsdiqləyib”, - deyə o bildirib.

Poliqon.info

Избранный
23
1
poliqon.info

9Источники