RU

Ağstafa şəhərində yol nişanlanma işləri aparılır - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Ağstafa şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri həyata keçirilir.

AYNA-dan Avtosfer.az-a bildirilib ki, şəhərin Heydər Əliyev prospekti, Nizami Gəncəvi, Mehdi Hüseyn, Ü.Hacıbəyli, H.Arif, M.Ə.Rəsulzadə, R.Alcanov, A.Ələsgər küçələri və Poylu kəndi ərazisində yol nişanlanma xətləri yenilənib.

Ümumilikdə 37 km-dən çox ərazidə xətləmə işləri aparılıb. Hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

FOTO QALEREYA
Избранный
42
2
avtosfer.az

10Источники