ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Kanadanın xarici işlər naziri Anita Anand ilə görüşüb.
"Report" bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.
Tərəflər Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları müzakirə ediblər.
Rubio və Anand həmçinin Haitidə təhlükəsizliyin təmin edilməsi və HƏMAS-ın Qəzzada sülh prosesi üçün yaratdığı maneələrin aradan qaldırılması səyləri, eləcə də region ölkələrinin Çinin hərəkətlərinə reaksiyasını gücləndirmək mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.