RU

Telman İsmayılovun keçmiş mühafizəçisi barədə qərar verildi

Moskva Qarnizonu Hərbi Məhkəməsinin Münsiflər Məhkəməsi Tarxan Eldukayevi 2006-cı ildə müğənni Avraam Russonu öldürməyə cəhddə təqsirli bilməyib.

Azreform.info bildirir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bununla belə, Eldukayev iş adamları Qurşumovların qətlinə cəhddə köməklik göstərməkdə təqsirli bilinib.

İstintaqın məlumatına görə, 2006-cı ildə iş adamı Telman İsmayılov müğənni Avraam Russoya qarşı düşmənçilik hiss edərək onu aradan götürmək qərarına gəlib.

İsmayılovun şəxsi mühafizəçisi və etibarlı adamı Eldukayev naməlum şəxslər vasitəsilə Mixail Demkin, Vitali Cura və Aleksey Tryasnikovu muzdlu qatil kimi tutub.

2006-cı il avqustun 19-da Demkin Russo və onun mühafizəçisinə azı altı dəfə atəş açaraq artisti yaralayıb.(oxu.az)

Избранный
21
5
azreform.info

6Источники