RU

Goranboyda ağır qəza İki TIR toqquşdu FOTO

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan iki yük avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da yük avtomobillərinə ciddi ziyan dəyib.

Magistral yolda tıxac yarandığı üçün qəzadan sonra yolda avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
4
lent.az

5Источники