“Çelsi” yeni hücumçu transferinə hazırlaşır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular “Brayton”un forvardı Xulio Ensiso ilə razılığa gəlib.
Müqaviləyə əsasən, “Çelsi” paraqvaylı futbolçu üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək.
20 yaşlı forvardla müddəti 2031-ci ilə qədər olan müqavilə imzalanacaq.
Ensiso ötən mövsümün ikinci yarısını icarə əsasında “İpsviç”də keçirib. O, 25 matçda meydana çıxaraq, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.