RU

“Dərmanlarımızı vaxtında ala bilmirik, reaktivlər köhnədir” - Video

Son günlər sosial şəbəkələrdə pasiyentlərin Talassemiya Mərkəzi ilə bağlı narazılıqlarını ifadə edən videogörüntülər yayılıb.

Pasiyentlər bu tibb müəssisəsində dərman çatışmazlığından, sanitar-gigiyenik qaydalara riayət olunmadığından və nəzərdə tutulan dərmanlarını vaxtında ala bilmədiklərindən şikayət edirlər. 

Talassemiya Mərkəzində müalicə alan pasiyentlərin iddasına görə, laboratoriyada istifadə edilən reaktivlər köhnədir.

Bundan əlavə onlara verilmiş iynələrin keyfiyyətsiz olduğu iddialarını da səsləndiriblər.

Onların sözlərinə görə, Mərkəzdə qan nümunələri götürmək üçün istifadə olunmuş “probilka”lar da köhnədir. 

Mərkəzin inzibati işlər üzrə direktor müavini Səidə Babazadə dərman təminatında müəyyən ləngimələrin olduğunu təsdiqləyib.

Direktor müavini bildirib ki, mövcud problemlərin həlli istiqamətində müvafiq qurumlarla danışıqlar aparılır.

“Qafqazinfo”  Xəzər TV-nin bu narazılıqlarla bağlı Talassemiya Mərkəzindən hazırladığı sujeti təqdim edir: 

 

Избранный
26
qafqazinfo.az

1Источники