RU

Malayziyada qırıcı təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

Malayziyanın Kral Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Kuantandakı Sultan Hacı Əhməd Şah hava limanında havaya qalxarkən alovlanıb.

“Report” xəbər verir ki, bu barədə “The Star” portalı məlumat yayıb.

Məlumata görə, təyyarə qalxma zamanı alışıb və qısa uçuşdan sonra yerə çırpılıb. Məlum olub ki, hər iki pilot katapulta ilə ayılmağa müvəffəq olub, onlar hazırda xəstəxanadadırlar.

Qəzanın səbəbləri araşdırılır.

Избранный
23
5
report.az

8Источники