Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Görüş Monteneqro millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın yeganə qolunu Samir Şərifov vurub.
İlk yoxlama görüşündə millimiz 1:0 hesabı ilə qalib gəlmişdi.