Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində daşqınlar nəticəsində ölən turistlərin sayı 12 nəfərə çatıb.
Bu barədə "Xinhua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, axtarış əməliyyatları zamanı hakimiyyət orqanları 1 600-dən çox xilasedicini səfərbər edib. Cümə günü səhər saatlarında turistlərin sonuncunun meyiti tapılıb.