RU

Lənkəranda yol qəzası olub, xəsarət alan var

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saat 3 radələrində şəhərin "Qalayçılar" deyilən ərazisində qeydə alınıb. 1987-ci il təvəllüdlü Vüsal Abıyevin idarə etdiyi "QAZel" markalı yük avtomobili yolda hərəkətsiz dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Ağır xəsarət alan sürücü V.Abıyev nəqliyyat vasitəsində sıxılaraq qalıb. Hadisə yerinə FHN-nin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Xüsusi avadanlıqlar vasitəsilə sürücü nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
22
4
poliqon.info

8Источники