RU

Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı azalıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə təqribən139,2 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 8,8milyon ABŞ dolları olub.

Türkiyəyə elektrik enerjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 280,9 milyon kVt/saat və ya 3 dəfə,dəyər ifadəsi ilə 17,9 milyon ABŞ dolları, yaxud 3 dəfə azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzindəAzərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran vəTürkiyəyə 38,5 milyon ABŞ dolları dəyərində, 679,8 milyon kVt/saathəcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandanAzərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 79 milyon kVt/saatelektrik enerjisi idxal edilib.

Избранный
5
5
az.trend.az

6Источники