RU

Lənkəranda ağır qəza -

Lənkəranda ağır yol qəzası baş verib.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, qəza gecə saat 3 radələrində şəhərin “Qalayçılar” deyilən ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Vüsal Azad oğlu Abıyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili hərəkətdə olarkən mişar daşı ilə yüklənmiş “Kamaz” markalı yük avtomobilinə çırpılıb. Zərbə nəticəsində V.Abıyev ağır xəsarət alıb.

Hadisə yerinə FHN-in xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Onlar xüsusi avadanlıqlar vasitəsilə sıxılı vəziyyətdə qalan sürücünü nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
18
2
metbuat.az

8Источники