RU

Kartof ixracı kəskin artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 28,14 milyon dollar dəyərində 70,83 min ton kartof ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 37,47 faiz və ya 7,67 milyon dollar, həcmi isə 46,87 faiz və ya 22,5 min ton artıb.

Cari ilin ilk 7 ayında kartofun ümumi ixracda xüsusi çəkisi 0,18 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,35 faizə bərabər olub.

Избранный
86
vergiler.az

1Источники