RU

Bahalı nömrəli “BMW”sini zolaqda park edib velosipedçiləri təhlükəyə atdı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtın Bülbül prospektində (“Sahil” metrosunun yaxınlığında) yol hərəkəti qaydasını pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, 10-ZU-111 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü maşını velosipedçilər üçün nəzərdə tutulmuş zolaqda park edib. Nəticədə o, velosipedçilərin yolunu kəsib və onların avtomobillər üçün nəzərdə tutulmuş zolağa çıxmalarına səbəb olub. Bu isə həm velosipedçiləri, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb. 

İzləyici sözügedən sürücünün hadisə zamanı sükan arxasında olduğunu bildirib.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
83
avtosfer.az

1Источники