RU

Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Polşanın Baş naziri Donald Tusk avqustun 27-də Moldovaya səfər edəcək.

Bakues.az xəbər verir ki, bu barədə “Reuters” Yelisey sarayına istinadən məlumat verib.

Qeyd olunub ki, Moldovanın müstəqillik gününə təsadüf edəcək səfər Avropaya inteqrasiya yolunda ölkə ilə həmrəylik nümayiş etdirmək üçün təşkil olunacaq.

“Liderlər Moldovanın təhlükəsizliyinə, suverenliyinə və Avropaya inteqrasiyasına tam dəstəklərini təsdiqləyəcəklər”, – bəyanatda deyilir.

Qeyd edək ki, Moldova 2022-ci il martın 3-də Aİ-yə üzvlük üçün müraciət edib və həmin il iyunun 23-də namizəd statusu alıb. Aİ 2024-cü il iyunun 25-də ölkə ilə üzvlüklə bağlı rəsmi danışıqlara başlayıb.

Избранный
27
6
icma.az

7Источники