Bu gün saat 11:00 radələrində Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğının baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
- Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğınla mübarizə davam etdirilir - FOTO - YENİLƏNİB - VİDEO
FED.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”ya bildirlib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.