"Mançester Siti" portuqaliyalı müdafiəçi Ruben Diaşla yeni müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçunun yeni anlaşması 2029-cu ilə qədər nəzərdə tutulub. Onun əvvəlki sözləşməsi 2027-ci ilin yayında başa çatacaqdı.
Diaş 2020-ci ildə "Benfika"dan "Mançester Siti"yə transfer olunub. O, bütün turnirlərdə İngiltərə klubunun heyətində 223 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.