RU

Uruqvaylı futbolçu "Dinamo"dan ayrıldı

Moskvanın "Dinamo" klubu uruqvaylı futbolçu Diego Laksalt ilə yollarını ayırıb.

 90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

32 yaşlı futbolçu 2021-ci ildə "Milan"dan "Dinamo"ya keçib. O, ümumilikdə 78 matçda iştirak edib və 5 nəticəli ötürmə ilə yadda qalıb. "Dinamo"nun heyətində Diego iki dəfə Rusiya çempionatında bürünc medal qazanıb.

Xatırladaq ki, yeni mövsümün ilk 5 turundan sonra "Dinamo" Rusiya Premyer Liqasının cədvəlində 11-ci sıradadır.

Избранный
18
90deqiqe.az

1Источники