Moskvanın "Dinamo" klubu uruqvaylı futbolçu Diego Laksalt ilə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
32 yaşlı futbolçu 2021-ci ildə "Milan"dan "Dinamo"ya keçib. O, ümumilikdə 78 matçda iştirak edib və 5 nəticəli ötürmə ilə yadda qalıb. "Dinamo"nun heyətində Diego iki dəfə Rusiya çempionatında bürünc medal qazanıb.
Xatırladaq ki, yeni mövsümün ilk 5 turundan sonra "Dinamo" Rusiya Premyer Liqasının cədvəlində 11-ci sıradadır.