RU

Bu il yanğın hadisələrində 27 nəfər həlak olub

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

2025-ci ilin I yarımili ərzində respublika ərazisində ümumilikdə 9294 təbii və texnogen mənşəli hadisə baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2244 hadisə və ya 39% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 132 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 30 nəfər xilas edilib, 395 nəfər təxliyə olunub.

Həmçinin, 2025-ci ilin I yarımili ərzində respublika ərazisində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 777 olub.

Yanğın hadisələri zamanı 27 nəfər həlak olub, 93 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə xəsarət alanlar üzrə 40 nəfər və ya 30% azdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
6
unikal.az

10Источники