RU

Bu ilin birinci yarımilində Azərbaycan ərazisində 24 partlayış hadisəsi baş verib

Bu ilin I yarımilində Azərbaycanda 24 partlayış hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2025-ci ilin birinci yarımili ərzindəki statistikasında qeyd olunub.

Bildirilib ki, həmin hadisələrdən 14-ü fərdi evlərdə, 3-ü fərdi evin yardımçı tikililərində, 3-ü çoxmənzilli yaşayış binalarında, 2-si sənaye obyektlərinin binalarında, 1-i nəqliyyatda, 1-i ticarət obyektlərində baş verən partlayışlardır.

Bu partlayışlar 2024-cü ilin I yarımili ilə müqayisədə 12 hadisə və ya 33% azdır. 2025-ci ildə partlayışlar zamanı 6 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Избранный
43
1
operativmm.az

2Источники