RU

Ləman İbrahimova Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub

Basketbol üzrə U-12 Liqasında "Ordu" klubunun baş məşqçisi olan, eyni zamanda Bakı Basketbol Akademiyasında məşqçilik edən Ləman İbrahimova Macarıstan İdman Elmləri Universitetində təşkil olunan Beynəlxalq Məşqçilik Kursun qəbul olunub.

Ləman İbrahimova adı çəkilən universitetdə baş tutacaq Beynəlxalq Məşqçilik Kursuna qəbul olunan ilk Azərbaycanlı məşqçidir.

Bu uğur, ölkə basketbolunda yetişən gənc yerli məşqçilərin inkişafına təsir edən başlıca məqamlardan biridir.

Qeyd edək ki, proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.

Azərbaycan basketbolunu beynəlxalq arenada təmsil edəcək Ləman xanımı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Избранный
51
1
report.az

4Источники