RU

Mirziyoyev Prezidenti təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi avqustun 8-də Vaşinqtonda Ermənistanla "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in paraflanması münasibətilə səmimi təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib.

"Görüş zamanı tərəflər ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, enerji və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.

Избранный
19
8
operativmm.az

9Источники