RU

"Qarabağ"dan ayrılan Veşoviçin yeni klubu açıqlandı

style='margin-bottom:10px;'>

Bu yay "Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni klubu məlum olub.

QOL.az xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək. O, "Lokomotiva"ə (Zaqreb) keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, M. Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. Monteneqrolu futbolçu Ağdam təmsilçisində 134 oyuna çıxıb, 5 qol vurub və 16 məhsuldar ötürmə verib.

Избранный
36
5
teleqraf.com

10Источники