RU

Marko Veşoviç "Turan Tovuz"a yox, "Lokomotiv"ə keçdi - rəsmi

Bu yay "Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək. O, "Lokomotiv"ə (Zaqreb) keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. Monteneqrolu futbolçu Ağdam təmsilçisinin heyətində 134 oyuna çıxıb, 5 qol vurub, 16 məhsuldar ötürmə verib.

Veşoviçin "Turan Tovuz"la danışıq aparması ilə bağlı xəbərlər yayılmışdı.

Избранный
35
1
football-plus.az

10Источники