RU

“Bavariya”nın futbolçusu Niderland klubunda

“Bavariya”nın yarımmüdafiəçisi Pol Vanner karyerasını Niderlandda davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 19 yaşlı futbolçu PSV ilə 5 illik müqavilə imzalayıb. Keçidin 15 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Vanner ötən mövsüm icarə əsasında “Haydenhaym”da çıxış edib və 41 oyunda 6 qol, 4 assistlə yadda qalıb.

 

Избранный
27
idmanxeber.az

1Источники