RU

Astarada oğul anasını qətlə yetirdi

Astarada dəhşətli qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonda oğul anasını qətlə yetirib.

Məlumata görə, şəhərin H.Aslanov küçəsi, ev 57-də qeydiyyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə ailə münaqişəsi zəminində 1978-ci il təvəllüdlü anası Məhəbbət Nurəddin qızı Qasımovaya bıçaqla çoxsaylı zərbələr endirib.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Избранный
25
5
publika.az

10Источники