İngiltərənin "Mançester Siti" komandasında yeni müqavilə imzalanıb.
"Unikal" xəbər verir ki, “şəhərlilər” müdafiəçisi Ruben Diaşla müqavilənin müddətini uzadıb.
28 yaşlı portuqaliyalı oyunçu 2029-cu ilə qədər Premyer Liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, Ruben Diaş "Mançester Siti"yə 2020-ci ildə keçib.