RU

Qarabağ növbəti mərhələyə çıxacaq? Ağasəlim Mircavadov belə qiymətləndirir

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avqustun 19-da Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsininin ilk oyununu Macarıstanda yerli "Ferensvaroş"a qarşı keçirib və inamlı qələbə qazanıb - 3:1. Komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 

Komandamız növbəti mərhələyə adlaya biləcəkmi?

Modern.az-a açıqlamasında futbol mütəxəssisi, tanınmış məşqçi Ağasəlim Mircavadov billdirib ki, komandanın oyunundan çox şey asılıdır:

“Əsas oyundur. Dahilər deyib ki, oyun varsa, xal olacaq, əks təqdirdə xal da olmayacaq. Bu qanundur, aksiomadır. “Qarabağ” ilk oyunda həddindən artıq üstün idi. Rəqib komandadakı legionerlərin qiyməti “Qarabağ”dakından yüksək ola bilər. Bundan mənim xəbərim yoxdur. Lakin oyuna gəldikdə mən deyə bilərəm ki, komanda səviyyəsində “Qarabağ” həddindən artıq üstün idi. “Qarabağ” cavab matçında yenə də çox diqqətli və hazır vəziyyətdə olmalıdır, öz oyununu oynamalıdır. Hesab 3:1-dir. Arada 2 top fərqinin olması yaxşı haldır. Amma mən deyərdim ki, avqustun 27-dəki qarşılaşma ağır olacaq. Mən düşünürəm ki, “Qarabağ” heç vaxt hesabı qorumaq üçün çalışmır, öz oyununu oynayır və qol da vurur. Yəni komandamız öz oyununu davam etdirməlidir. Əsasən standart hücumlarda ehtiyatlı olmaq lazımdır. Çünki onlarda oyunçular ucaboyludur, başla  yaxşı oynayırlar. Qələbə inşallah bu dəfə də bizim olacaq”.

A.Mircavadov deyib ki, əsas məsələ komandada oyunçuların bir-birilərinə olan inamıdır və bu "Qarabağ"da açıq özünü büruzə verir:

"Görürəm ki, “Qarabağ” hətta belə oyunlarda da 3-4 azərbaycanlı ilə oynayır. "Qarabağ” rəhbərliyi baş məşqçi və onun köməkçiləri yığmanı düşünürlər. Buna görə də azərbaycanlı oyunçuları oynadırlar. Azərbaycanlı futbolçular da çox yaxşı oynayırlar və inkişaf edirlər. Bu, əsas amillərdən biridir. Bəzən düşünürük ki, hücumçu almalıyıq. Hücumçu almaq olar, amma hücumçu bir-birilərini əvəz etmək üçün olar. İndiki halda Nəriman çox yaxşı oynayır, onun performansı artıb. Oyunçular özlərinə və bir-birilərinə inanırlar. Bir fikir verin ən əsas toplar cərimə meydançasında Nəriman Axundzadəyə gəlib çıxır. Bu o deməkdir ki, oyunçular ona inanır. İkinci hücumçu Musaya gəldikdə, mən deyərdim ki, bəli, son oyunda ağıllı qol vurdu. Bu da Kadinin ona inamından irəli gəldi. Futbolun qayda-qanunları var. Əsas qanun odur ki, oyunçular bir-birilərinə inanmalıdır. Bu da “Qarabağ” da var. İnşallah, növbəti mərhələdə komandalar daha da güclü olacaq. Ötən il “Qarabağ” Avropa Liqasında digər komandalara oyunla yox, hesabla uduzdu. “Qarabağ”ın oyun sistemi var və iş gedir. Komandaya uğurlar arzulayıram".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
modern.az

2Источники